AZ
EN
عربي
Azərbaycan
Xəritələr
Axtarış
Axtar
Linklər
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansouri Qəbələdə olmuşdur

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl Mansourinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. “Qəbələ” piano fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafı diqqət mərkəzindədir.
Sultan Bin Səid Əl Mansouri: Bakıda gördüyüm inkişaf məni heyran etdi

Bakı gündən-günə inkişaf edir və biz Azərbaycanın gələcəyini çiçəklənən görürük. Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə...
Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komi

Mayın 3-də Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir. Qonaqlar əvvəlcə Bakı Biznes Mərkəzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.
BƏƏ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan BƏƏ-nin nümayəndə heyəti Nəqliyyat Nazirliyində olmuşdur.
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansourinin başçılıq etdiyi...
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansourinin başçılıq etdiyi nümayəndə heyəti mayın 2-də Azərbaycana səfər etmişdir.
Şəkillər
Video